EN

Bazarda qiymətlər sürətlə düşür, bu məhsul iki dəfə ucuzlaşdı

May ayından etibarən bazarlarda gözlənilən qiymət enişi artıq real şəkildə özünü göstərməyə başlayıb.

Bu gün paytaxtın əsas ərzaq satış məntəqələrindən biri olan “8-ci kilometr” bazarında müşahidələr göstərir ki, bir sıra məhsulların qiymətində ciddi ucuzlaşma qeydə alınıb.

Ən çox diqqət çəkən dəyişiklik xiyarın qiymətində müşahidə olunub. Bir neçə gün əvvəl 2 manata satılan xiyar bu gün artıq 1 manata təklif olunur. Bəzi satıcılar isə qiyməti hətta 80 qəpiyə qədər endirib.

"Xiyar niyə birdən-birə bu qədər ucuzlaşıb?" sualına cavab olaraq, satıcılsr bildirdilər ki, məhsulun bazara çıxarılma həcmi artdığı üçün qiymətlərdə sürətli eniş baş verib.

Bazarda diqqət çəkən digər ucuzlaşma təzə kartofla bağlıdır. Bir neçə gün öncə 1,5-2 manat aralığında satılan kartof hazırda 1 manat civarında alıcılara təqdim olunur. Satıcılar bildirirlər ki, bölgələrdən məhsul axını artdıqca qiymətlərdə azalma tendensiyası davam edə bilər.

Eləcə də, pomidorun qiymətində nəzərəçarpacaq ucuzlaşma var. Əvvəl 3 manata satılan pomidor hazırda 2-2,5 manat aralığında təklif olunur.
Alıcılarla söhbətləşərkən, qiymət enişindən məmnun olduqlarını bildirirlər. Onların sözlərinə görə, əvvəlki həftələrlə müqayisədə gündəlik ərzaq xərclərində azalma hiss olunur.

Ekspertlər isə bu qiymətlərin sabit olub-olmayacağı barədə ehtiyatlı danışırlar. Onların fikrincə, hava şəraiti və regionlardan məhsulun bazara çıxma həcmi yaxın günlərdə qiymətlərin istiqamətini müəyyən edəcək.

Chosen
3
1
news365.az

2Sources