İspaniyanın "Real Madrid" klubunda hücumçu Kilian Mbappe ilə bağlı narazılıq yaranıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "COPE" məlumat yayıb.
Mənbənin iddiasına görə, fransalı futbolçu nə soyunub-geyinmə otağında, nə də komanda daxilində lider kimi qəbul olunur. Klubda onun uğursuz başlanğıcdan sonra özünü toparlayaraq liderlik keyfiyyətlərini göstərəcəyi gözlənilsə də, bu baş verməyib.
Hazırda Mbappe sol ayağının arxa bud əzələsindən aldığı zədədən bərpa olunur. Bu səbəbdən o, İspaniya çempionatının 34-cü turunda Espanyol ilə mayın 3-də keçiriləcək oyunu buraxacaq.
Bununla belə, hücumçunun 35-ci tur çərçivəsində mayın 10-da Barcelona ilə baş tutacaq qarşılaşmaya hazır ola biləcəyi qeyd olunur.