EN

Məhşur cütlük yeddi illik evlilikdən sonra ayrıldı

 

Məşhur ukraynalı sənətçilər Aleksey Potapenko (Potap) və Nastya Kamenskix yeddi illik evliliklərini sonlandırdıqlarını açıqlayıblar.

Cütlük ayrılıq qərarını sosial şəbəkə hesablarında paylaşıb. Onlar bildiriblər ki, 20 il əvvəl başlayan musiqi yolu zamanla böyük məna qazansa da, hər şeyin bir sonu var.

Xatırladaq ki, duet 2006-cı ildə yaradılıb, ilk albomları isə 2008-ci ildə çıxıb. 2017-ci ildən Nastya Kamenskix solo karyerasına başlayıb.

Sənətçilər sonda pərəstişkarlarına dəstəyə görə təşəkkür edərək qərarlarına hörmətlə yanaşılmasını istəyiblər./Milli.Az

Chosen
16
2
musavat.com

3Sources