EN

“Avropa Parlamentinin qətnaməsi BMT nin hesabatına ziddir”

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Avropa Parlamentinin 30 aprel 2026-cı il tarixli anti-Azərbaycan qətnaməsi BMT-nin qiymətləndirmə missiaysının 2 oktyabr 2023-cü il tarixli hesabatına ziddir”.

Bunu Moderator.az-a açıqlamasında tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, Avropa Parlamentinin məlum qətnaməsində yer alan iddialar həqiqətədən uzaqdır və reallıqla heç bir əlaqəsi yoxdur:

“Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsi Azərbaycana qarşı olan qərəzli münasibətin göstəricisidir və bu qətnamədə yer alan iddiaların həqiqətlə heç bir əlaqəsi yoxdur.

Məlum olduğu kimi, 2023-cü ilin 27 sentyabr tarixli anti-terror əməliyyatından qısa müddət sonra – 1 oktyabr 2023-cü il tarixində BMT-nin qiymətləndirmə missiyası terrorçulardan təmizlənən ərazilərdə oldu, Xankəndi və ətraf yerlərə baxış keçridi. Eyni zamanda, insanlarla söhbət etdi, onların fikir və rəyləri ilə tanış oldu. 2 oktaybr tarixində missiya bəyan etdi ki, anti-terror əməliyyatı zamanı heç bir hüquqpozma halı baş verməyib. Yaşayış məntəqələrinə, mülki insanlara atəş açılmayıb, onların təhlükəsizliyi təmin olunub, dini-mədəni abidələr qorunub. Bu hesabatından üstündən 3 il keçəndən sonra Avropa Parlamenti Azərbaycana qarşı uydurma ittihamlar irəli sürür ki, bu da absurddur.

Avropa Parlamenti bu cür qondarma, əsasız qətnamələrlə yalnız özünü biabır edir, bütün dünyada nüfuzdan salır. Yəni baş verən proseslərdə itirən tərəf yalnız Avropa Parlamentidir”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
moderator.az

2Sources