EN

Qusarda yüksək nəticə göstərən şagirdlər mükafatlandırılıb - FOTO

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov yüksək nəticə göstərmiş şagirdlərlə görüşüb.

Mayın 2-dÉ™ keçirilÉ™n görüşdÉ™ buraxılış imtahanında maksimum – 300 bal toplayan vÉ™ Respublika FÉ™nn Olimpiadasında riyaziyyat üzrÉ™ gümüş medal qazanan Yuxarı Zeyxur kÉ™nd tam orta mÉ™ktÉ™binin XI sinif ÅŸagirdi Emiliya Qayıbova, hÉ™mçinin coÄŸrafiya fÉ™nni üzrÉ™ qızıl medal qazanan, ardıcıl iki ildÉ™ qızıl vÉ™ gümüş medallara layiq görülÉ™n Hil kÉ™nd KÉ™rim KÉ™rimov adına 1 nömrÉ™li tam orta mÉ™ktÉ™bin XI sinif ÅŸagirdi QÉ™hrÉ™man MÉ™likov iÅŸtirak ediblÉ™r.

Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri, şagirdlərin valideynləri, məktəb direktorları və müəllimlər də iştirak ediblər.
 

Sahir Məmmədxanov şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onlara gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb. O, təhsilin cəmiyyət üçün strateji əhəmiyyətini vurğulayaraq, bilikli və vətənpərvər gənclərin ölkənin gələcəyinin təminatı olduğunu qeyd edib. İcra başçısı şagirdlərə daha böyük əzmlə çalışmağı, elmi biliklərini artırmağı və qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün səylərini davam etdirməyi tövsiyə edib.


Şagirdlər əldə etdikləri uğurların onlarda həm qürur, həm də məsuliyyət hissi yaratdığını bildirərək, gələcəkdə də səylə çalışacaqlarını və biliklərini ölkənin inkişafına yönəldəcəklərini qeyd ediblər.

Sonda şagirdlərə Qusar Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.

















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
29
1
bizim.media

2Sources