EN

Torbalarda çürümüş insan qalıqları tapıldı

Rusiyanın Leninqrad vilayəti ərazisində kanalda paketlərə bölünmüş halda insan cəsədinin aşkar edilməsindən sonra cinayət işi açılıb.

 Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) üzrə başlanıb. Qalıqların tapıldığı əraziyə müstəntiqlər, kriminalistlər, polis əməkdaşları və ekspertlərdən ibarət istintaq-əməliyyat qrupu cəlb olunub.

Hadisənin detalları və başvermə şəraiti araşdırılır. Hüquq-mühafizə orqanları öldürülmüş şəxsin kimliyini və cinayətdə iştirak edən şəxsləri müəyyənləşdirməyə çalışır. Bir sıra məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Hadisə mayın 1-də Sverdlov adına qəsəbə yaxınlığındakı meşəlik ərazidə baş verib. Orada insan bədəninin hissələri beş paketə yerləşdirilmiş və bir neçə qat polietilenlə sarılmış halda tapılıb. 

İlkin ehtimala görə, qətl hadisəsi xeyli əvvəl baş verib və qalıqlarda artıq çürümə prosesləri başlayıb.

Chosen
26
1
news365.az

2Sources