EN

“Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edir - CANLI YAYIM

Bu gün Misli Premyer Liqasında 30-cu tura start veriləcək.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Sumqayıt”ı qəbul edəcək. Hazırda Gəncə klubu 21 xalla turnir cədvəlində 10-cu, “gənclik şəhəri”nin təmsilçisi isə 38 xalla 7-ci pillədə qərarlaşıb.

Cari mövsüm bu komandaların hər iki oyunu 3:0 hesabı ilə yekunlaşıb. İlk dövrədə “Sumqayıt”, ikinci dövrədə isə "Kəpəz" qələbə qazanıb.

Günün digər qarşılaşmasında isə Sumqayıtda “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkəcək.

Bu komandaların ilk dövrədəki oyununda Naxçıvan klubu 2:0 hesablı qələbə qazanıb. İkinci dövrədə isə tərəflər meydandan 1 xalla ayrılıblar - 2:2.

Hazırda Naxçıvan təmsilçisi 40 xalla 6-cı, “İmişli” isə 29 xalla 11-ci pillədə qərarlaşıb.

"Kəpəz" – "Sumqayıt" 0:)
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Yevlax şəhər stadionu, 16:00

"Araz-Naxçıvan" – "İmişli"
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”, 18:30

Chosen
48
sportinfo.az

1Sources