İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot cari mövsümü dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, mütəxəssis komandanın nəticələrinin əvvəlki mövsümlə müqayisədə daha zəif olduğunu etiraf edib.
“Bu mövsümü necə qiymətləndirirəm? Bu, son dörd oyunun nəticəsindən asılıdır. Təbii ki, mən daim özümü təhlil edirəm. Parisdə beş müdafiəçi ilə oynamaq düzgün qərar idimi? Bu və ya digər futbolçunu meydana buraxmaq doğru idimi? Məşqlərdə 11-ə 11 oyun keçirmək daha məqsədəuyğun idi, yoxsa kiçik qruplara bölünmək? Bu, davamlı prosesdir – hər gün 40-50 qərar verməli olursan və sonra onları qiymətləndirirsən. Sonda isə hər şey bir suala gəlir: mövsüm necə keçdi? Mənim artıq müəyyən fikrim var, amma qalan dörd oyunun nəticəsi bu qiymətləndirməyə ciddi təsir göstərə bilər”, – deyə Slot mətbuat konfransında bildirib.
Qeyd edək ki, “Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Mövsümün sonuna dörd tur qalır.
Komanda növbəti turda səfərdə "Mançester Yunated" ilə qarşılaşacaq.