EN

Azərbaycan Basketbol Liqası: “Sabah” final seriyasının 2-ci oyununda da qələbə qazanıb

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Sabah” və “Abşeron Lions” komandaları seriyada 2-ci dəfə üz-üzə gəliblər. Bakı İdman Sarayında keçirilən qarşılaşma “bayquşlar”ın 112:84 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Sabah” final seriyasında ümumi hesabı 2:0 edib. Bakılılar ilk görüşdə də rəqibini məğlub etmişdi - 98:93.

Qeyd edək ki, final seriyasında 3 qələbəyə ən tez çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Komandalar arasında 3-cü oyun mayın 5-də keçiriləcək.

Chosen
70
20
azertag.az

10Sources