Baku.ws saytına istinadən ain.az xəbər verir.
Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova həyat yoldaşının vəfatının ildönümü ilə bağlı onun rayonun Yuxarı Öysüzlü kəndindəki məzarını ziyarət etməyə yollanıb.
Bu zaman qadın qəbiristanlıqda yıxılıb, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qadının xəstəxanada öldüyü məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.