EN

Pilot təyyarə eniş zamanı gördüklərini paylaşdı Hamını dəhşətə gətirən GÖRÜNTÜLƏR

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Sosial şəbəkələrdə yayılan bir video istifadəçilər arasında böyük müzakirələrə səbəb olub. Belə ki, "Airbus A320" pilotu Matias eniş zamanı kabinədən çəkilmiş görüntüləri paylaşıb və bu kadrlar izləyiciləri təəccübləndirib.

Lent.az xəbər verir ki, videoda əvvəlcə təyyarənin buludların üzərində, açıq səma şəraitində uçduğu görünür. Lakin eniş mərhələsində vəziyyət kəskin dəyişir. Təyyarə sıx bulud qatına daxil olur və görünüş demək olar ki, tamamilə itir. Son saniyələrdə isə qəfil şəkildə uçuş-eniş zolağının işıqları və yaxınlıqdakı obyektlər görünür.

Bu görüntülər bir çox istifadəçini narahat edib. Bəziləri hətta pilotların bu şəraitdə təxminlə eniş etdiyini düşünüb və videonu qorxulu adlandırıb.

Lakin mütəxəssislər bildirirlər ki, real vəziyyətdə eniş prosesi tam nəzarət altındadır. Pilotlar yalnız vizual müşahidəyə deyil, eyni zamanda müasir naviqasiya sistemlərinə güvənirlər. Bu sistemlərə əvvəlcədən proqramlaşdırılmış uçuş planı, GPS, yerüstü radiomayaklar və dispetçerlərin göstərişləri daxildir.

Qeyd olunur ki, bu cür hava şəraiti aviasiya üçün adi haldır və eniş sistemləri məhz belə vəziyyətlər üçün hazırlanıb. Buna görə də, videoda dramatik görünən anlar peşəkar pilotlar üçün gündəlik və standart prosedur hesab olunur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
40
lent.az

1Sources