EN

Bernardo Silva “Qalatasaray”a keçə bilər

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Bernardo Silva karyerasını Türkiyədə davam etdirə bilər.

90deqiqe.Az-ın “Fotomaç"a istinadən məlumatına görə, 31 yaşlı futbolçu “Qalatasaray” klubu ilə danışıqlar aparır.

Mənbənin iddiasına əsasən, futbolçu İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalamağı planlaşdırır və bu müqavilə çərçivəsində ümumilikdə 50 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, Türkiyə çempionatının lider klubunda artıq Bernardo Silva ilə birgə “Mançester Siti”də çıxış etmiş iki futbolçu – İlkay Gündoğan və Leroy Sane da çıxış edir.

Silva 30 iyundan etibarən azad agent olacaq və istənilən kluba sərbəst şəkildə keçə biləcək.

Chosen
22
90deqiqe.az

1Sources