Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Cəmiyyətdə görünən sakitlik bəzən real vəziyyəti tam əks etdirmir.
İnsanlar çox vaxt narazı olduqları məsələləri açıq şəkildə ifadə etmir. Problemlər barədə danışılır, amma bu danışıq real dəyişikliklərə çevrilmir. Buna görə də həm narazılıq qalır, həm də hər şey sanki normaldırmış kimi görünür.
"Cebheinfo.az"-ın araşdırmasına əsasən bu vəziyyət “səssiz razılıq cəmiyyəti” kimi xarakterizə olunur.
Məsələn, iş mühitində bir çox insan əlavə iş yükü, gecikən maaş və ya qeyri-bərabər yanaşmadan narazı olur.
Amma bunu açıq şəkildə deməyə çəkinir. Çünki insanlar çox vaxt işini itirməkdən, rəhbərliklə münasibətlərin pozulmasından və ya problemli işçi kimi görünməkdən ehtiyat edirlər.
Zamanla “onsuz da dəyişən bir şey yoxdur” düşüncəsi yaranır. Bir sözlə narazılıq var, amma kollektiv tələb formalaşmır.
Təhsil sahəsində valideynlər repetitor qiymətlərinin bahalığından, dərs yükündən və imtahan yönümlü təhsildən narazıdırlar. Amma alternativ tələb etmək və ya sistemə təsir etmək əvəzinə, mövcud vəziyyətə uyğunlaşırlar. Yəni hamı problemi bilir, amma sistem olduğu kimi davam edir.
Problemin bir digər tərəfi, nəqliyyat və səhiyyə kimi yerlərdə insanlar tez-tez keyfiyyətsiz xidmətlə qarşılaşır.
Avtobusların gecikməsi, xəstəxanalarda uzun növbələr və ya xidmətin zəifliyi adi hal kimi qəbul olunur.
İnsanlar bu vəziyyətdən narazı olsalar da, çox vaxt rəsmi şikayət etmirlər. Sadəcə gündəlik həyatın bir hissəsi kimi qəbul edib keçirlər. Bu da problemi daha da dərinləşdirir.
Həmçinin, qiymət artımı və gəlirlərin uyğun olmaması geniş narazılıq yaradır. İnsanlar məhsulların bahalaşmasından danışır, müqayisə aparır, amma bu narazılıq çox vaxt ictimai tələbə çevrilmir.
Yəni insanlar problemi görür, anlayır, amma onu birgə təzyiq və ya dəyişiklik istəyi formasına sala bilmirlər.
Yəni insanların dedikləri ilə etdikləri üst-üstə düşmədikcə bu vəziyyət davam edəcək. Narazılıq ifadə olunsa da, əmələ çevrilmədikcə real dəyişiklik baş vermir.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.