EN

Sumqayıtda ustanı öldürən ev sahibinə HÖKM OXUNDU

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsində qohumunu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Vüqar Abuzərova hökm oxunub.

Lent.az xəbər verir ki, hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən məhkəmədə hökmə əsasən, Vüqar Abuzərovun 17 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar verilib.  

Xatırladaq ki, hadisə 2025-ci ilin avqust ayında Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Abşeron rayon prokurorluğunun yaydığı məlumata görə, avqustun 28-də saat 14 radələrində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

İttihama görə, Adil İmambaxışov qohumu Vüqar Abuzərovun evində təmir işləri apararkən tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin başına şüşə banka ilə zərbə endirib. Bundan əsəbiləşən V.Abuzərov mətbəx bıçağı ilə zərərçəkmişə ümumilikdə 14 bıçaq zərbəsi vuraraq onu öldürüb. O, hadisədən sonra könüllü şəkildə polisə təslim olub. 

Vüqar Abuzaərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
45
lent.az

1Sources