Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.
Milli Məclisin Avropa Parlamenti ilə əlaqələrin bütün istiqamətlər üzrə dayandırılması barədə qəbul etdiyi qərar uzun müddət formalaşan narazılıqların məntiqi nəticəsi kimi qiymətləndirilir.
Bunu “Xalqcebhesi.az”a açıqlamasında deputat Könül Nurullayeva bildirib.
Qeyd olunub ki, son illər Avropa Parlamenti çərçivəsində Azərbaycana qarşı qəbul edilən qətnamələrdə obyektivlik prinsipi pozulub, ölkənin suverenliyi və daxili işlərinə selektiv yanaşma sərgilənib: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra isə bu yanaşmaların daha da kəskinləşdiyi vurğulanıb.Azərbaycan hər zaman bərabərhüquqlu tərəfdaşlıq modelinə üstünlük verib və bu prinsip dəyişməz olaraq qalır. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə ikili standartlar və qərəzli yanaşmalar qəbuledilməzdir”.
K. Nurullayeva bildirib ki, beynəlxalq təşkilatlar yalnız qarşılıqlı hörmət və obyektivlik əsasında fəaliyyət göstərməli, Avropa Parlamenti isə daha balanslı və konstruktiv mövqe nümayiş etdirməlidir:
“Milli Məclisin bu qərarı Azərbaycanın müstəqil və prinsipial xarici siyasət kursunun davamı olmaqla yanaşı, ölkənin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək”.
Günel Elxan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.