EN

Təcili yardım maşını stadionun palçığında batdı Video

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

Təcili yardım maşını stadionun palçığında batdı - Video

Rumıniyada keçirilən matç zamanı qeyri-adi hadisə yaşanıb. Güclü yağışın yaratdığı palçıq səbəbindən meydançaya daxil olan təcili yardım maşını hərəkətsiz qalıb.

QOL.az xəbər verir ki, ikinci divizionun pley-off mərhələsində "Voluntari" - "Bixor Oradea" oyununda 90-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Aleksandru Qitin ayağı sınıb. Ona yardım üçün gələn təcili yardım maşını isə su ilə dolmuş qazonun palçığında batıb.

Nəticədə futbolçular və azarkeşlər birləşərək maşını itələyib və onun stadiondan çıxmasına kömək ediblər. Təxminən 10 dəqiqəlik ilkin müdaxilədən sonra Qit xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Qeyd edək ki, matç "Voluntari"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
qol.az

2Sources