EN

Culfada kanaldan cəsədi tapılan şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanalda cəsəd aşkarlanıb.

Hafta.az xəbər verir ki, cəsəd Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, cəsəd FHN-in xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 16:11

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan meyit (qadın cinsli) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Chosen
24
24
hafta.az

10Sources