Ağcabədi rayonunda qətl hadisəsi olub.
Moderator.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Ağdam rayonu Mərzili kənd sakini, 1978-ci il təvəllüdlü Nəzakət Vidadi qızı Səlimovaya balta ilə xəsarət yetirilib. Qadın aldığı xəsarətlərdən ölüb.
Onun əri, Ayaz Amanxan oğlu Səlimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.