EN

Həkim stress səbəbindən siqaret çəkməyin iki təhlükəli nəticəsini açıqladı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Emosional gərginlik zamanı siqaret çəkmək orqanizmi əlavə fizioloji stresə məruz qoyur və bu, ürək-damar fəsadları və xərçəng riskini əhəmiyyətli dərəcədə artırır. Demokrat.az xəbər verir ki, bu barədə gazeta.ru-ya Sankt-Peterburq Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunun elmi əməkdaşı, onkoloq və torakal cərrah Mahmud Mortada məlumat verib.Həkimin sözlərinə görə, siqaretin insanı rahatlaşdırdığı ilə bağlı fikir təhlükəli mifdir. Nikotin beyinə daxil olduqda dopaminin qısa müddətli, lakin kəskin ifrazına səbəb olur və bu da saxta rahatlıq hissi yaradır:"Fizioloji baxımdan siqaret güclü stimulyatordur. O, qan damarlarını daraldır və ürək döyüntülərinin sayını artırır. Nəticədə orqanizm rahatlıq deyil, əlavə fiziki stress yaşayır".Onkoloqun sözlərinə görə, böhran vəziyyətində insan fasiləsiz siqaret çəkərək gündə bir qutuya qədər istifadə etdikdə orqanizmini kəskin toksik yükə məruz qoyur.Nikotin dozasının fasiləsiz daxil olması damarların ciddi spazmına, tənəffüs və həzm sistemlərinin epitel toxumasının, eləcə də damarların daxili qoruyucu qatının zədələnməsinə səbəb olur. Bu isə arterial təzyiqin kəskin dəyişməsi və qan dövranının pozulması ilə nəticələnir:"Belə stressli siqaret istifadəsi tromb əmələgəlmə riskini də artırır. Bu isə infarkt və insult daxil olmaqla kəskin ürək-damar fəsadlarının riskini dəfələrlə yüksəldir".Həkim həmçinin bildirir ki, qanda nikotin səviyyəsinin azalması qıcıqlanma, narahatlıq və gərginlik yaradır və insan bunu səhvən həyat stresinin təsiri kimi qəbul edir. Bu narahatlığı aradan qaldırmaq üçün o yenidən siqaretə əl atır və bununla da stress dövrünü təkrarlayır. Nəticədə bu vəziyyət situativ rahatlanmadan xroniki nikotin asılılığına çevrilir.“Stress dövründə başlayan uzunmüddətli siqaret istifadəsinin ən ağır nəticəsi ağciyər xərçəngi riskinin yüksək olmasıdır. Gündə bir qutu siqaret çəkərək 30 il davam edən siqaret təcrübəsi olan şəxslər risk qrupuna daxildir”, deyə ekspert vurğulayıb.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
demokrat.az

1Sources