EN

Premyer Liqa: “Kəpəz” “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasında XXX tura start verilib.

"Yeni Sabah" xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.

Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, tura mayın 4-də yekun vurulacaq.


Telegram kanalımız
Chosen
30
3
yenisabah.az

10Sources