EN

BƏƏ hava məkanını açır

Birləşmiş Ərəb Əmirliklərinin aviasiya idarəsi, İran-İraq müharibəsinin başlanğıcında, 28 fevralda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasından sonra ölkədə hava nəqliyyatının normal vəziyyətə qayıtdığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, qərar müvafiq strukturlarla əlaqələndirilərək əməliyyat və təhlükəsizlik şəraitinin hərtərəfli qiymətləndirilməsindən sonra qəbul edilib.

Eyni zamanda, "Qatar Airways" şirkəti İraqın Bağdad, Bəsrə və Ərbil hava limanlarına sərnişin uçuşlarını bərpa edəcəyini açıqlayıb. (unikal.az)

Bizim.Media

Chosen
19
10
bizim.media

10Sources