Bu gün Misli Premyer Liqasında 30-cu tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyunda “Kəpəz” “Sumqayıt”ı qəbul edib. Yevlaxda keçirilən oyunu Əli Əliyev idarə edib.
Üç qolluq görüşdə Gəncə təmsilçisi əzmkar qələbəyə sevinib.
Günün digər oyununda “Araz-Naxçıvan” və “İmişli” komandaları üz-üzə gələcəklər. Sumqayıtda baş tutacaq görüşün baş hakimi Vüqar Həsənli olacaq.
Bu turun “Şamaxı” – “Sabah” və “Zirə” – “Qəbələ” oyunları mayın 3-də, “Qarabağ” – “Turan Tovuz” görüşü mayın 4-də, “Karvan-Yevlax” – “Neftçi” matçı isə ayın 5-də keçiriləcək.
Misli Premyer Liqası
30-cu tur
2 may
“Kəpəz” – “Sumqayıt” 2:1
Qollar: Rauf Hüseynli, 86-pen; 89-pen – Yusif İmanov, 64-öz qapısına.
Hakimlər: Əli Əliyev, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov
Yevlax şəhər stadionu, 16:00.
Kəpəz: 33. Yusif İmanov, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 8. Şakir Seyidov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov, 80. Şahnur İsmayılov, 83. Raul İsaqov. Baş məşqçi: Azər Bağırov.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 33. Danilo Beskorovaynı, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskes, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.
Bizim.Media