Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.