EN

“Airblue” Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Bakı, 2 may, AZƏRTAC

Pakistanın aparıcı aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Airblue”nun Bakı bazarına daxil olması Azərbaycan ilə Cənubi Asiya arasında hava əlaqələrinin genişlənməsi baxımından əhəmiyyət kəsb edir.

Heydər Əliyev Beynəlxalq Hava limanından AZƏRTAC-a bildirilib ki, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu isə sərnişinlər üçün səyahət planlaşdırılmasında daha çox seçim imkanı yaradır, eyni zamanda, Bakı ilə Lahor arasında uçuşları daha əlçatan edir.

Qeyd edək ki, Bakı–Lahor istiqaməti üzrə hazırda Azərbaycan Hava Yolları və “Pakistan International Airlines” tərəfindən də reyslər yerinə yetirilir. “Airblue”nun bu marşruta qoşulması bazarda rəqabətin artmasına, sərnişin daşımalarının genişlənməsinə və artan tələbatın daha effektiv qarşılanmasına şərait yaradır.

Məlumatda o da vurğulanır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini davamlı şəkildə genişləndirərək Azərbaycanın regional aviasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

Chosen
6
25
azertag.az

10Sources