ain.az, Qol.az portalına istinadən məlumat yayır.
İlk dəfə Superliqaya yüksəldilər, prezident təbrik etdi
Türkiyə 1-ci Liqasında sonuncu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Superliqaya vəsiqə uğrunda mübarizə aparan "Amedspor" səfərdə "İğdır"ın qonağı olub.
"İğdır" Şəhər Stadionunda baş tutan və altı qolun qeydə alındığı qarşılaşma 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə Diyarbəkir təmsilçisinin tarixində ilk dəfə Superliqaya vəsiqə qazanması üçün kifayət edib.
2 may
"İğdır" - "Amedspor" - 3:3
Qollar: Fofana, 6, G.Vural, 45, A.Çankaya, 80 // H.Ə.Kaldırım, 19, M.Diaqne, 45+1-pen; D.Saba, 49
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu münasibətlə kluba təbrik ünvanlayıb:
"Növbəti mövsüm Diyarbəkiri Superliqada təmsil edəcək "Amedspor"u, bütün klub ictimaiyyətini və diyarbəkirli qardaşlarımı ürəkdən təbrik edir, onlara uğurlar arzulayıram".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.