EN

"İmişli" "Araz-Naxçıvan"a qalib gəldi

Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

18-ci dəqiqədə Dioqo Kardozu fərqlənib.

Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıb. Naxçıvan klubu 40 xalla altıncı yerdədir.

Günün ilk matçında "Kəpəz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.

Chosen
10
8
manset.az

7Sources