Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.
Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0.
18-ci dəqiqədə Dioqo Kardozu fərqlənib.
Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıb. Naxçıvan klubu 40 xalla altıncı yerdədir.