EN

ABŞ Kubada hərbi əməliyyat ehtimalını nəzərdən keçirir

Ağ Ev mövcud hökuməti devirmək üçün Kubada hərbi əməliyyat keçirmək imkanını nəzərdən keçirir, lakin hələlik diplomatik vasitələrə üstünlük verir.

Aznews.az xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ administrasiyasındakı öz mənbələrinə istinadən xəbər verib.

Məlumata əsasən, Vaşinqton Havananı dövlət müəssisələrinin özəlləşdirilməsi, xarici investisiyaların rolunun artırılması və ölkə vətəndaşları arasında internetə çıxışın genişləndirilməsi daxil olmaqla iqtisadi islahatlar həyata keçirməyə təşviq etməyə çalışır.

Chosen
47
20
aznews.az

10Sources