EN

Premyer Liqa: "İmişli" "Araz-Naxçıvan"ı məğlıb etdi

Misli Premyer Liqasında 30-cu turun daha bir oyunu keçirilib.

News365.az xəbər verir ki, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib.

Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşdə yeganə qolu 18-ci dəqiqədə Dioqo Kardozu vurub.

Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıblar. Naxçıvan klubu 40 xalla altıncı yerdədir.

Chosen
10
8
news365.az

9Sources