EN

"Klon" serialının ulduzu onlara təşəkkür etdi

Məşhur "Klon" serialında Maiza obrazını canlandıran 57 yaşlı aktrisa Daniela Eskobar pərəstişkarlarının ona göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Publika.az xəbər verir ki, aktrisa ABŞ-da qarşılaşdığı bir rus pərəstişkarının onun canlandırdığı Maiza obrazını "mənfi qəhrəman" deyil, "sevgisiz və bədbəxt qadın" kimi gördüyünü qeyd edib.

Aktrisa pərəstişkarlarından gələn hər bir xoş sözün onun üçün dəyərli olduğunu vurğulayaraq, onlara sevgilərinə görə minnətdarlıq edib.

Qeyd edək ki, "Klon" serialında Maiza obrazı baş qəhrəman Hadinin rəqibi kimi çıxış edir.

Chosen
5
10
publika.az

10Sources