AZ

Hollivud ulduzu hamilədir

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

44 yaşlı məşhur aktrisa Natali Portman yenidən övlad sahibi olacaq.

Milli.Az xəbər verir ki, aktrisa üçüncü övladını gözləyir. Bu, onun Tangi Destabldan ilk uşağı olacaq. "Tangi ilə çox həyəcanlıyıq. Sadəcə minnətdaram, bunun bir imtiyaz və əsl möcüzə olduğunu anlayıram", - deyə o, hisslərini bölüşüb.

Portmanın Destabl ilə münasibəti 2025-ci ilin martında təsdiqlənib. Bu, onun keçmiş həyat yoldaşı, rejissor və xoreoqraf Benjamin Milpye ilə boşanmasından bir il sonra baş verib.

Qeyd edək ki, aktrisanın əvvəlki evliliyindən iki övladı var: 14 yaşlı oğlu Alef və 9 yaşlı qızı Amaliya. Portman onları ictimaiyyətdən qorumağa çalışır. Uşaqlarına görə Natali Milpye ilə münasibətlərini, mövcud vəziyyətə baxmayaraq, mümkün qədər normal saxlamağa çalışır. /olay.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
news.milli.az

3Mənbələr