EN

"Əməliyyata getməklə həyatımın ən böyük səhvini etdim"

"Əməliyyata getməklə həyatımın ən böyük səhvini etdim".

Azreform.info xəbər verir ki, bu sözləri Əməkdar artist Ələkbər Əliyev "Günə uğurla" verilişində deyib. Aktyor səhhətində olan problemlərdən danışıb.

O bildirib ki, insult keçirib, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərindən əziyyət çəkir:

"İnsult olmuşam, şəkər həmişə mənimlə dostdur. Onurğamdan iki dəfə əməliyyat olunmuşam, indi yenidən problem yaranıb. Təzyiq də var".

Ə.Əliyev insultdan sonra müalicə aldığını və hazırda yenidən müalicəyə ehtiyacı olduğunu qeyd edib:

"Elə bilirdim bir dəfə müalicədən sonra keçib gedir. Sən demə, yenidən lazımdır. Əməliyyat mənim həyatda ən böyük səhvim oldu. Çünki elə həkimlər var ki, onu əməliyyatsız da sağalda bilirlər. İlk problem cəmi 7 millimetr idi. Amma ikinci dəfə artıq 25 millimetr oldu və əməliyyat qaçılmaz idi".  (Axşam.az)

Chosen
36
2
azreform.info

3Sources