“Real”ın hücumçusu Qonsalo Qarsiya transfer bazarında böyük maraq doğurub.
Əsas heyətdə yer qazanmaqda çətinlik çəkən 22 yaşlı forvard digər klublarda özünü göstərmək şansı əldə edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçuya 10-dan çox klub maraq göstərir.
Daha əvvəl onun transferi ilə Dortmund “Borussiya”sı, “Yuventus”, “Roma” və İngiltərə Premyer Liqası təmsilçilərinin maraqlandığı bildirilmişdi.