Göygöl rayonunda toyda dava düşüb.
Publika.az Teleqraf.az-a istinadla əbər verir ki, hadisə rayondakı "Sərin" şadlıq evində baş verib.
İlkin məlumata görə, dava zamanı 2005-ci il təvəllüdlü Şahəddin Atakişili və qardaşı Vilayət Atakişili bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat edilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.