EN

Həkimlər onu sağalda bilmədi, əməliyyat olundu - Nə qədər gözləyəcək?

“Kəpəz”in müdafiəçisi Məqsəd İsayev üç aydır komandasına kömək edə bilmir.

Sonuncu dəfə fevralın 15-də “Neftçi”ylə qarşılaşmada meydanda olan və qırmızı vərəqə alan cinah oyunçusu o vaxtdan yaşıl meydanlardan kənarda qalıb.

Məşqdə aldığı xəsarəti həkimlər müalicə ilə sağaltmağa çalışıb. Həftələrdir çəkilən əziyyət gözlənilən effekti verməyib.

Nəticədə Məqsəd əməliyyat masasına uzanmaq məcburiyyətində qalıb.

Əməliyyat olunan İsayevin yaşıl meydanlara dönüşü minimum 1 ay çəkəcək.

Ola bilsin ki, proses iyul ayına qədər uzansın. Hər şey bərpa prosesinin necə keçməsindən, müayinənin nəticəsindən asılıdır.

“Neftçi“nin yetirməsi olan 32 yaşlı oyunçu cari mövsümdə “Kəpəz”in heyətində meydana çıxdığı 22 matçda 1 qol və 2 assistlə yadda qalıb.

SPORTİNFO.AZ

Chosen
45
44
sportinfo.az

10Sources