Göygöl rayonunda toyda dava düşüb. Hadisə rayondakı "Sərin" şadlıq evində baş verib. İlkin məlumata görə, dava zamanı iki nəfər bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat olunub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisənin baş verdiyi "Sərin" şadlıq evində bir müddət öncə toy günü bəyin atasının başına daş düşüb ölmüşdü.
Mətləb