AZ

Göygöl də toyda dava - Bıçaqlananlar var

Göygöl rayonunda toyda dava düşüb.

Teleqraf xəbər verir ki, hadisə rayondakı "Sərin" şadlıq evində baş verib.

İlkin məlumata görə, dava zamanı iki nəfər bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat edilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
47
1
teleqraf.com

3Mənbələr