EN

Dieqo Simeone 1000-ci oyunundan sonra “Valensiya” üzərində qələbədən sonra açıqlama verdi

“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone karyerasında 1000-ci oyunu ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Baş məşqçi kimi 1000 oyun! 2006-cı ildə məşqçilik fəaliyyətinə başladığım gündən bu yana bu mərhələyə çatmağımda mənə dəstək olan hər kəsə — futbolçulara, əməkdaşlara, rəhbərliyə və azarkeşlərə təşəkkür edirəm. Bütün anlar, bütün dərslər və sevdiyim işlə məşğul olmaq imkanı üçün minnətdaram. Gücümüz çatdığı müddətdə eyni ruhda davam edəcəyik!”

Qeyd edək ki, mütəxəssisin yubiley matçı İspaniya çempionatının 34-cü turunda “Valensiya” üzərində 2:0 hesablı qələbə ilə başa çatan görüş olub.Dieqo Simeone 2011-ci il dekabrın 23-də “Atletiko Madrid”in baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Bundan əvvəl argentinalı mütəxəssis “Rasinq Klubu” komandasını çalışdırıb.

Chosen
24
6
90deqiqe.az

10Sources