AZ

Dieqo Simeone məşqçi kimi 1000 ci oyununu keçirib

ain.az, Idman.biz portalına istinadən məlumat verir.

Dieqo Simeone məşqçi kimi 1000-ci oyununa çıxıb.

Bu gün argentinalı məşqçinin rəhbərliyi altında “Atletiko Madrid” La Liqanın 34-cü turunda “Valensiya”nı 2:0 hesabı ilə məğlub edib.

Bu, Simeonenin Madrid komandasının baş məşqçisi kimi 793-cü oyunu idi. O, həmçinin “Racing Avellaneda”da 34, “Estudiantes”də 60, “River Pleyt”də 45, “San Lorenzo”da 50 və “Katania”da 18 oyunda məşqçilik edib.

Məşqçi kimi Dieqo 563 qələbə, 225 heç-heçə və 212 məğlubiyyətə uğrayıb. O, 10 kubok qazanıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr