EN

Şəkidə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Şəki şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində qeydə alınıb.

Belə ki, “Daewoo” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində “Daewoo”nun sürücüsü, 1971-ci il təvəllüdlü Şamxal Əhmədov və “Hyundai”da olan sərnişin, 1993-cü il təvəllüdlü Nərgiz Əbdülova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

Chosen
3
5
konkret.az

6Sources