Şəki şəhəri ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə bu gün saat 19 radələrində qeydə alınıb.
Belə ki, "Daewoo" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Daewoo"nun sürücüsü, 1971-ci il təvəllüdlü Şamxal Əhmədov və "Hyundai"da olan sərnişin, 1993-cü il təvəllüdlü Nərgiz Əbdülova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız