EN

“Bədənim “dayan” deməyənə qədər oynamağa davam edəcəm”

“Ovyedo”nun yarımmüdafiəçisi Santi Kazorla karyerasının sonuna yaxınlaşdığına dair açıqlama verib və doğma klubu ilə vidalaşmaq ehtimalını gündəmə gətirib.

Hazırda çətin mövsüm keçirən “Ovyedo” La Liqada turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb və bu vəziyyət veteran futbolçunun qərarına da təsir edə bilər.

Sportinfo.az xəbər verir ki, 41 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında belə yazıb:

“Hər şeyin bir başlanğıcı var və hər şeyin bir sonu olur. Bədənim “dayan” deməyənə qədər davam edəcəm. Amma həyatım yenə də futbolla bağlı qalacaq”.

İspaniyalı oyunçu karyerasının əvvəlki illərində “Arsenal”da da çıxış edib (2012-2018).

Chosen
53
40
sportinfo.az

10Sources