EN

Türkiyədə ürək tutması yaşı 35 ə qədər enib Həkimlərdən ciddi xəbərdarlıq

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Türkiyədə son illərdə ürək tutması hallarının artması və xəstələrin yaş ortalamasının kəskin şəkildə aşağı düşməsi ilə bağlı xəbərdarlıq edilib.

Sherg.az xəbər verir ki, Kardiyologiya mütəxəssisi Oğuz Kılıç bildirib ki, əvvəllər əsasən 60–65 yaş aralığında rast gəlinən ürək tutmaları artıq 35-40 yaş qrupunda da geniş yayılmağa başlayıb.

Məlumata görə, bu vəziyyətin əsas səbəbləri arasında düzgün olmayan qidalanma və zərərli vərdişlər ön plana çıxır. Həkim qeyd edib ki, cəmiyyətdə karbonhidrat, yağ və duzla zəngin qidalanma geniş yayılıb, xüsusilə emal olunmuş və sənaye məhsullarının həddindən artıq istifadəsi ciddi risk yaradır.

Oğuz Kılıç sağlam qidalanma ilə bağlı tövsiyə verərək bildirib ki, Aralıq dənizi tipli qidalanmaya üstünlük verilməli, tərəvəz, meyvə və göyərti istehlakı artırılmalı, duz, qızartma və xəmir yeməkləri isə azaldılmalıdır.

Həkim həmçinin fiziki aktivliyin vacibliyini vurğulayaraq hər gün müntəzəm və tempolu gəzintinin ürək sağlamlığı üçün mühüm rol oynadığını bildirib.

Mütəxəssis qeyd edib ki, siqaret və alkoqol istifadəsinin artması da gənc yaşlarda ürək tutması riskini yüksəldən əsas amillərdəndir.

Xüsusilə döş qəfəsində sıxılma, nəfəs darlığı, çarpıntı, ağrının qol, boyun, kürək və çənəyə yayılması kimi əlamətlərin ciddi qəbul edilməli olduğu və vaxt itirmədən tibb müəssisələrinə müraciət edilməsinin vacibliyi vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
sherg.az

1Sources