EN

Malidə son sutka ərzində 200-dən çox terrorçu zərərsizləşdirilib

Malinin silahlı qüvvələri son 24 saat ərzində ölkə ərazisində həyata keçirilən əməliyyatlar zamanı 200-dən çox terrorçunu zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, zərbələr əsasən havadan endirilib, böyük silahlı dəstələr məhv edilib, ağır və yüngül texnika sıradan çıxarılıb.

Aprelin 25-də radikal qrupların hücumlarından sonra hökumət qüvvələri Kidal şəhərini tərk edib və hazırda şəhər “Azavadın Azadlığı Cəbhəsi”nin nəzarətindədir.

Chosen
45
1
apa.az

2Sources