EN

KİV: Londonda atışma nəticəsində 4 nəfər yaralanıb

BAKI, 3 may. TELEQRAF

Böyük Britaniyanın paytaxtı Londonda baş verən silahlı insident nəticəsində 4 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News” telekanalı Skotland-Yardın açıqlamasına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə mayın 1-dən 2-nə keçən gecə Brikston rayonunda qeydə alınıb. Naməlum şəxs avtomobildən çoxsaylı insanların iştirak etdiyi barbekü məclisinin keçirildiyi əraziyə atəş açıb.

Yaralananlardan biri ağır vəziyyətdədir. Digər zərərçəkənlər, 21, 47 və 70 yaşlı kişilərin həyatı üçün təhlükə olmadığı bildirilir.

Hazırda hadisə ilə bağlı heç kim saxlanılmayıb. Hüquq-mühafizə orqanları baş verənləri “nizamsız zorakılıq aktı” kimi qiymətləndirib.

Chosen
51
2
teleqraf.com

7Sources