EN

Niderlandlı müdafiəçini istəyən var - Premyer Liqada klubunu dəyişəcək

“Tottenhem”in müdafiəçisi Miki van de Ven İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunu “Mançester Yunayted” heyətinə qatmaq istəyir.

“Qırmızı şeytanlar”ın bu transferi yayda reallaşdırmağa çalışacağı bildirilir.

25 yaşlı oyunçunun bazar dəyəri 65 milyon avro qiymətləndirilir. O, cari mövsümdə 40 oyunda iştirak edib, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.

Futbolçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Chosen
16
1
sportinfo.az

10Sources