EN

"Sabah" final seriyasında ikinci qələbəsini qazandı

"Sabah" Azərbaycan Basketbol Liqasının final seriyasında ikinci qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda "Abşeron Lions"u məğlub edib.

Qarşılaşma 112:84 hesabı ilə bitib.

İlk görüşdə də "Sabah" rəqibini üstələyib - 98:93. Final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Chosen
45
4
sportinfo.az

10Sources