EN

"Türk seriallarına həsəd aparıram" - Kəmalə Piriyeva

"Ən əsas məsələ güclü ssenaridir. Ondan sonra komanda: kim çəkəcək. Fil komanda işidir: aktyor, ssenarist, operator yaxşı olmalıdır ki, ortaya keyfiyyətli iş çıxsın. Buna görə də bir çox məqama diqqət etmək lazımdır. Amma mənim üçün ilk faktor hər zaman ssenari və obrazdır".

Redaktor.az xəbər verir ki, bu sözləri aktrisa Kəmalə Piriyeva "Mədəni şou"da deyib.

Aktrisa türk seriallarına həsəd apardığını gizlətməyib:

"Qısqanclıq yox, amma həsəd var. İstərdim ki, bizdə də belə layihələr olsun. Pul... Azərbaycanda istedadlı aktyorlar, aktrisalar, ssenaristlər, rejissorlar, rəssamlar, texniki və yaradıcı heyət var. Sadəcə əsas problemlərdən biri maliyyə və dəstək məsələsidir. Bu sahədə pul həqiqətən vacib faktordur". (Axşam.az)

Chosen
25
6
redaktor.az

9Sources