Vaşinqton, 3 may, AZƏRTAC
İranın bizə göndərdiyi planı tezliklə nəzərdən keçirəcəyəm.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
“Amma təsəvvür edə bilmirəm ki, bu, qəbuledilən olsun, çünki onlar son 47 ildə bəşəriyyətə və dünyaya etdiklərinə görə hələ kifayət qədər böyük qiymət ödəməyiblər”, - deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton