Pişiklərdə öskürək və nəfəs darlığı halları evdə istifadə olunan ətir diffuzorları və hava təravətləndiriciləri ilə əlaqələndirilir.
Day.Az xəbər verir ki, baytarlar sintetik qoxuların hətta sağlam heyvanlarda belə tənəffüs problemləri yarada biləcəyini bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, astma və xırıltı kimi hallar əsasən kimyəvi qoxular, siqaret tüstüsü və tozla təmas nəticəsində yaranır. Ən böyük risk mənbəyi isə ətir yayıcılar və güclü qoxulu məişət məhsullarıdır.
Baytarlar evdə kimyəvi maddələrin azaldılmasını, mütəmadi təmizlik aparılmasını və pişikdə öskürək müşahidə olunarsa dərhal mütəxəssisə müraciət edilməsini tövsiyə edirlər.